Marin Le Pen: Prezident seçilsəm, pensiya yaşını azaldacağam
Fransanın sağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen 2027-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Emmanuel Makronun pensiya islahatını ləğv edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Le Pen bildirib ki, təklif etdiyi dəyişikliklər yüz minlərlə fransızın daha erkən pensiyaya çıxmasına imkan yaradacaq.
Onun planına əsasən, əmək fəaliyyətinə başlama yaşından və sosial sığorta ödənişlərinin müddətindən asılı olaraq, vətəndaşlar 60–62 yaşlarında pensiyaya çıxa biləcəklər.
Bunun üçün 40–42 illik sığorta stajının olması nəzərdə tutulur.
Marin Le Pen, həmçinin 900 milyard avro həcmində yeni pensiya fondunun yaradılmasını təklif edib.
Qeyd edək ki, Emmanuel Makronun 2023-cü ildə qəbul etdirdiyi pensiya islahatı pensiyaya çıxma yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tuturdu.
Le Penin açıqladığı təşəbbüs 2027-ci il prezident seçkiləri ərəfəsində onun iqtisadi və sosial siyasət proqramının əsas istiqamətlərindən biridir.
17:23 17.11.2026
Oxunuş sayı: 85