Türkiyədə avtobus yoxlanıldı, baqajdan çıxanlar şok yaratdı
Türkiyənin Ordu şəhərində Sivasdan gələn sərnişin avtobusunun baqajında antisanitar şəraitdə daşınan 600 kiloqram qırmızı ət aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sondakika” məlumat yayıb.
Məlumata görə, daxil olan məlumat əsasında Ordu Böyükşəhər Bələdiyyəsinin Zabıta İdarəsinin əməkdaşları avtobusa baxış keçiriblər. Yoxlama zamanı sərnişinlərin baqajı üçün nəzərdə tutulan bölmədə müvafiq şərait təmin edilmədən daşınan ət məhsulları aşkarlanıb.
İnsan sağlamlığı üçün təhlükə yarada biləcəyi qiymətləndirilən 600 kiloqram ət müsadirə edilib.
Məhsulların məhv edilməsi üçün Altınordu Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı İdarəsinə təhvil verildiyi bildirilib.
Bələdiyyə rəsmiləri ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə yoxlamaların davam etdiriləcəyini açıqlayıb.
19:34 17.11.2026
Oxunuş sayı: 51