İranda partlayış baş verib
İranın cənubunda yerləşən Qeşm şəhərinin şimal-qərbində partlayış səsinin eşidildiyi və ərazidən tüstü qalxdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, İranın "Fars" xəbər agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, yerli sakinlər şəhərin şimal-qərb istiqamətindən güclü partlayış səsi eşitdiklərini bildiriblər.
Hadisə yerindən tüstünün yüksəldiyi müşahidə olunub.
Partlayışın səbəbi, dəqiq baş verdiyi yer və mümkün dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı da məlum deyil.
17:40 17.11.2026
Oxunuş sayı: 86