Yunanıstanda sui-qəsd planının qarşısı alınıb
Yunanıstan və Şimali Makedoniya xüsusi xidmət orqanlarının birgə əməliyyatı nəticəsində Yunanıstan ərazisində bir şəxsə qarşı hazırlandığı ehtimal edilən sui-qəsd planı üzə çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Şimali Makedoniya rəsmilərinin açıqlamasına əsaslanan məlumat yayılıb.
Bildirilib ki, hücumun hazırlanmasında iştirak etməkdə şübhəli bilinən beş Şimali Makedoniya vətəndaşı saxlanılıb.
İstintaqın versiyasına görə, şübhəlilər İran vətəndaşı Edris Cahangiri Mavanehin göstərişləri əsasında hərəkət ediblər. Onun İran xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinin olduğu iddia edilir.
Şimali Makedoniya hakimiyyəti həmin şəxslə saxlanılanlar arasında əlaqələrin müəyyən edildiyini açıqlayıb.
Bununla belə, sui-qəsd planında İranın dövlət qurumlarının iştirakına dair iddialar hələlik təsdiqini tapmayıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
17:57 17.11.2026
Oxunuş sayı: 81