ABŞ İranın strateji adasını hədəfə aldı – RƏSMİ
ABŞ-nin İranın cənubundakı Kişm adasına hücum etdiyi iddia olunur. Hadisə zamanı adada beş-altı partlayış səsinin eşidildiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın "IRNA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Hörmüzqan vilayətinin qubernator müavini Əhməd Nafisi ABŞ tərəfinin Kişm adası yaxınlığındakı obyektlərə zərbə endirdiyini bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində yaşayış məntəqələrinə, kommersiya obyektlərinə və infrastruktura ziyan dəyməyib.
Nafisi adada vəziyyətin nəzarət altında olduğunu, bütün fövqəladə hallar xidmətlərinin və inzibati qurumların tam hazırlıq vəziyyətinə gətirildiyini qeyd edib.
IRNA-nın məlumatına əsasən, hadisə zamanı adada beş-altı partlayış səsi eşidilib.
Qeyd edək ki, hücumla bağlı məlumat İran tərəfinin açıqlamasına əsaslanır. ABŞ tərəfindən bu iddiaya dair rəsmi təsdiq təqdim olunmayıb.
21:19 17.11.2026
Oxunuş sayı: 47