Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Əliyev Allahverən Alış oğlu yolu keçmək istəyən zaman "Mersedes" markalı avtomobil onu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
21:07 17.11.2026
Oxunuş sayı: 38