Alimləri heyrətə gətirən tapıntı
Sakit okeanın dibində aparılan araşdırmalar zamanı alimlər milyonlarla il ərzində formalaşan metal tərkibli daşların daxilində minlərlə kiçik canlı aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Science Daily" məlumat yayıb.
Bremen Universitetinin Dəniz Ətraf Mühit Elmləri Mərkəzinin tədqiqatçıları 244 polimetal düyünü araşdırıblar. Nəticədə daşların çat və boşluqlarında ümumilikdə 4139 canlı müəyyən edilib. Onlardan bir daşın daxilində 245 fərd aşkarlanıb.
Alimlər bildiriblər ki, bu daşlar sadəcə mineral yataqları deyil, həm də özünəməxsus ekosistemlərdir. Tədqiqatçılar dərin dəniz mədənçiliyinin bu təbii yaşayış mühitlərini məhv edə biləcəyindən narahatdırlar. Çünki həmin daşların yenidən yaranması milyonlarla il çəkə bilər.
04:21 18.11.2026
Oxunuş sayı: 88