Polşa Ukrayna üçün silah alışına pul ayırmaqdan imtina etdi
Polşa ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramına maliyyə töhfələrini dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
Tusk bildirib ki, bu qərar ölkədəki büdcə kəsiri və müdafiə xərclərinin yüksək olması ilə əlaqədardır. O, Dublin şəhərində keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitində çıxışı zamanı bu barədə NATO-nun baş katibi Mark Rütte məlumat verdiyini söyləyib.
Baş nazir qeyd edib ki, Polşa Ukraynaya indiyədək ciddi dəstək göstərib və bundan sonra da yardımını davam etdirəcək. Lakin ölkənin maliyyə imkanlarını nəzərə alaraq, əlavə vəsait ayırmaq niyyətində deyil.
Onun sözlərinə görə, Polşanın öz müdafiə və təhlükəsizlik xərcləri Avropanın ən yüksək göstəriciləri arasındadır. Buna görə də hökumət əlavə maliyyə öhdəlikləri götürməkdən çəkinir.
17:56 14.11.2026
Oxunuş sayı: 110