Kreml Finlandiyanın NATO-dan çıxması ilə bağlı iddiaları təkzib edib
Rusiya Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar zamanı NATO-nun mövcud üzvlərinin alyansdan çıxması məsələsinin müzakirə edilmədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “TASS” agentliyi bu barədə məlumat yayıb.
Peskov bildirib ki, Əbu-Dabidə keçirilən danışıqlarda NATO-ya üzv ölkələrin alyansdan çıxması ilə bağlı hər hansı tələb müzakirə mövzusu olmayıb.
Kremlin bu açıqlaması Rusiyanın Finlandiyanın NATO-dan çıxmasını tələb etməsi barədə mediada yayılan xəbərlər fonunda səsləndirilib.
17:14 13.11.2026
Oxunuş sayı: 103