Azərbaycanın 8 Noyabr – Zəfər Günü Misir mətbuatında işıqlandırılıb
Misirin
“Minbər əl-Təhrir” informasiya portalında Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərə həsr
olunan “Zəfər Günü – müasir Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı”
adlı məqalə dərc edilib.
Crossmedia.az
xəbər verir ki, məqalənin müəllifi Misir–Azərbaycan Dostluq Cəmiyyətinin İdarə
Heyətinin üzvü, misirli jurnalist Əhməd Abdoh Tarabik 2020-ci il noyabrın 8-də
Şuşa şəhərinin işğaldan azad edilməsini 44 günlük Vətən müharibəsinin həlledici
hadisəsi və Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.
Yazıda
Şuşanın Azərbaycanın tarixi, ədəbi və mədəni həyatındakı xüsusi yeri, şəhərin
strateji əhəmiyyəti, Vətən müharibəsinin gedişi və əldə olunan tarixi qələbənin
siyasi nəticələri barədə ətraflı məlumat verilib.
Həmçinin
Azərbaycanın müharibədən sonrakı dövrdə işğaldan azad edilən ərazilərdə həyata
keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” Proqramı”,
müasir infrastruktur layihələri və Qarabağın dayanıqlı inkişafına yönələn tədbirlərdən
də bəhs olunub.
Bununla
yanaşı, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyi, Yaxın Şərq,
Afrika və Asiya ölkələri ilə əməkdaşlığının genişləndiyi, ölkənin enerji və nəqliyyat
sahələrində regional əhəmiyyətinin artdığı vurğulanıb.
Müəllifin
fikrincə, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli birliyini, dövlət
suverenliyini və tarixi yaddaşını təcəssüm etdirən əlamətdar tarix olmaqla
yanaşı, ölkənin gələcək inkişafına yol açan mühüm dönüş nöqtəsidir.
Məqaləni
ətraflı şəkildə aşağıdakı linkdən oxuya bilərsiniz:
13:30 06.11.2026
Oxunuş sayı: 26