Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
22:57 30.09.2026
Oxunuş sayı: 46