Bakıda sərnişin avtobusunda soyğunçuluq edən şəxs tutulub
Bakının Yasamal rayonunda sərnişin avtobusunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində hərəkət edən avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqədar cinayətə görə məhkum olunmuş N.Əsgərov saxlanılıb.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
16:59 14.11.2026
Oxunuş sayı: 125