Xalq Artisti xəstəxanaya yerləşdirildi
Azərbaycanın Xalq artisti Əbdül Mahmudbəyovun səhhəti pisləşib. Sənətkar müayinə və müalicə məqsədilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Hazırda Xalq artistinin ilkin tibbi müayinələri aparılır və lazımi müalicə tədbirləri həyata keçirilir. Əbdül Mahmudbəyov həkimlərin nəzarətindədir və səhhəti ilə bağlı tibbi müşahidələr davam etdirilir.
Səhhəti ilə bağlı Crossmedia.az-a açıqlama verən Xalq artisti Əbdül Mahmudbəyov bildirib ki, səhər saatlarından etibarən müayinələrə başlanılıb və tibbi heyət prosesə ciddi yanaşır:
Xalq artisti qeyd edib ki, səhər saat 9:00-dan etibarən çox ciddi və peşəkar şəkildə müayinələr başladı və bir-birinin ardınca həyata keçirilir. Həkimlər və tibbi heyət prosesə çox operativ və diqqətlə yanaşırlar. Görülən işlərdən, göstərilən diqqətdən son dərəcə razıyam. Allah həkimlərimizdən də, sizdən də razı olsun. Hər birinizə təşəkkür edirəm ki, belə məsuliyyətli, ciddi və yüksək səviyyəli bir sağlamlıq mərkəzi fəaliyyət göstərir.
Zeynəb Həsən
17:40 30.09.2026
Oxunuş sayı: 37