"Birliyin Gücü – 2026" təlimindən MARAQLI GÖRÜNTÜLƏR: "Düşmən" texnikası belə məhv edildi
Ölkəmizdə təşkil olunan "Birliyin Gücü - 2026" birgə hərbi təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, plana uyğun olaraq, şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqəsində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın və obyektin düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə şərti düşmənin zirehli texnikasının məhv edilməsi fəaliyyətləri yerinə yetirilib.
Basqın zamanı hərbi qulluqçular döyüş helikopterlərinin, zirehli texnikanın və artilleriya vasitələrinin atəş dəstəyi ilə tapşırıqları yerinə yetirib, eləcə də qarşılıqlı fəaliyyət və koordinasiya üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.
Tapşırıqların icrası iştirakçı ölkələrin hərbi qulluqçularının yüksək peşəkarlığı sayəsində uğurla yekunlaşıb.
Qeyd edək ki, təlimdə əsas məqsəd hərbi qulluqçuların praktiki vərdişlərinin artırılması, silah və texnikanın şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması, həmçinin verilən tapşırıqları çevik və koordinasiyalı şəkildə icra etmək imkanlarının genişləndirilməsidir.
https://www.instagram.com/reel/Dd6F88XtL1W/?stkn=dXJheDV6bzJudTB0
14:26 30.09.2026
Oxunuş sayı: 55