Pentaqon altıncı nəsil qırıcılar üçün 20 milyard dollar ödədi
ABŞ Müdafiə Nazirliyi 2030-cu illərdən etibarən Amerika təyyarədaşıyan gəmilərini təchiz edəcək altıncı nəsil F/A-XX tipli, göyərtədə yerləşən və "stealth" (radara görünməyən) texnologiyasına malik qırıcı təyyarələrin istehsalı üçün "Boeing" şirkəti ilə 20 milyard dollarlıq müqavilə bağlandığını elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.
İdarənin məlumatına görə, F/A-XX qırıcı təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin istismar müddəti başa çatmaqda olan F/A-18E/F Super Hornet və EA-18G Growler təyyarələrini əvəz edəcək və beşinci nəsil F-35C gəmi əsaslı qırıcıları ilə birlikdə fəaliyyət göstərəcək.
Hərbi Dəniz Qüvvələrinin Aviasiya Proqramları üzrə katib köməkçisinin müavini Maykl Daffi bildirib: "F/A-XX güc vasitəsilə sülhü qorumaq səylərimizdə həlledici rol oynayır. F/A-XX rəqib tərəfindən nəzarət edilən hava məkanında üstünlüyü təmin edəcək, əməliyyat imkanlarını genişləndirəcək və həlledici döyüş üstünlüyü yaradacaq".
13:50 30.09.2026
Oxunuş sayı: 51