Gecə yarısından sonra yatmaq təhlükəlidir
Somnoloqlar Aleks Dimitriu və Çelsi Rorşayb yatmaq üçün ən pis vaxtın gecə yarısından sonra olduğunu bildiriblər.
Crossmedia.az xəbər verir ki, həkimlər bu barədə “Eating Well” nəşrinə açıqlama veriblər.
Mütəxəssislərin fikrincə, gecə yarısından sonra yatmaq orqanizmin sirkadiyan ritmlərini poza, yuxunun mühüm mərhələlərinə təsir göstərə və uzunmüddətli sağlamlıq problemləri riskini artıra bilər.
Çelsi Rorşaybın sözlərinə görə, mütəmadi olaraq gecə yarısından sonra yatan insanlarda ürək-damar xəstəlikləri, 2-ci tip diabet, piylənmə, demensiya və depressiya riski daha yüksək ola bilər.
22:32 29.09.2026
Oxunuş sayı: 36