Rusiya Kiyevə yenidən raket və PUA-larla hücum edib
Rusiya qüvvələri sentyabrın 29-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə yenidən raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Ukrayna rəsmilərinin məlumatına görə, şəhərin bir neçə rayonunda partlayışlar baş verib və yanğınlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, raket qalıqları yaşayış binasının həyətinə düşüb, başqa bir ərazidə isə qeyri-yaşayış obyektində yanğın başlayıb. Hücum zamanı hava hücumu xəbərdarlığı elan olunub və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Bu hücumdan bir gün əvvəl də Kiyevin mərkəzində Ukrayna Milli Elmlər Akademiyasının binası zərbə almışdı.
11:34 29.09.2026
Oxunuş sayı: 52