Gürcüstan XİN: Azərbaycan-Ermənistan sülhü Cənubi Qafqaz üçün önəmlidir
Azərbaycan-Ermənistan sülh prosesindəki son irəliləyişlər hər iki ölkə və bütövlükdə Cənubi Qafqaz üçün vacibdir.
Crossmedia.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili BMT Sülh Quruculuğu Komissiyasının Nazirlər Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, daha dinc və proqnozlaşdırılan Cənubi Qafqaz iqtisadi inkişaf, investisiya, əməkdaşlıq və regional bağlantı üçün daha böyük imkanlar yaradacaq. M. Boçorişvili qeyd edib ki, Cənubi Qafqazda sabitliyin güclənməsi bütövlükdə regionun iqtisadi inkişafına töhfə verə bilər.
20:37 24.09.2026
Oxunuş sayı: 34