Xəzərdə həlak olan Qazaxıstan hərbçilərinin sayı 12-yə çatıb Yenilənib
Qazaxıstanın Xəzərsahili Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Manqistau vilayəti akimatının (administrasiyasının) yaydığı məlumatda bildirilib.
“Dəqiqləşdirilmiş məlumata görə, təlim döyüş tapşırığının icrası zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 nəfər dənizə sürüklənib. Onlardan 12-si həlak olub, 3 nəfəri xilas edilib. Daha 2 hərbçinin axtarışları davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi ölkə Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbçinin dənizə sürükləndiyini, 3 nəfərin xilas edildiyini, 9 hərbçinin isə həlak olduğunu bildirmişdi.
13:12
Xəzər dənizində təlimlər zamanı 19 Qazaxıstan hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir. Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər iştirak edir”, - məlumatda qeyd edilib.
21:10 24.09.2026
Oxunuş sayı: 257