Bakının bu yollarında hərəkət iflic oldu
Hazırda Bakının bir sıra əsas yollarında nəqliyyat sıxlığı müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi (NİİM) bu barədə xəbər yayıb.
Hazırda yollardakı vəziyyət belədir:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.
08:49 24.09.2026
Oxunuş sayı: 38