Gələn həftə Milli Məclisin payız sessiyası başlayır
Gələn həftə - sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.
Crossmedia.az-ın məlumatına görə, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası həmin tarixdə keçiriləcək.
16:31 22.09.2026
Oxunuş sayı: 44