ADEX-2026: Yerli dron və robotlar təqdim olunacaq
ADEX-2026 sərgisində Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dron və robotlar nümayiş olunacaq.
Crossmedia.az xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və Securex Caspian 2026 – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
O, Azərbaycanın müdafiə sənayesinin son 20 il ərzində əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb:
"ADEX-2026 da yeniliklər gözlənilir. Azərbaycanın müdafiə sənayesinin inkişafı üçün işlər görürük. Bu il keçirilən sərgidə Azərbaycan istehsalı olan atıcı silahlar, kamikadze dron və robotlar nümayiş olunacaq. Bu çərçivədə yeni texnologiyaların inkişafına üstünlük verilir. Dünyada müşahidə olunan sürətli inkişaf fonunda müharibələrin forması da dəyişir. Buna zamanla uyğunlaşmaq lazımdır".
12:33 22.09.2026
Oxunuş sayı: 48