Bakını toz bürüdü: Normadan artıq çirklənmə qeydə alındı
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Belə ki, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:
"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir", - deyə məlumatda qeyd edilib.
11:21 22.09.2026
Oxunuş sayı: 41