Azərbaycanlı polis rəisinin iş otağı dronla vuruldu
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, hücum nəticəsində rəisin otağı da daxil olmaqla bütün mərtəbə tamamilə sıradan çıxıb
R.Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.
Rüstəm Elçin oğlu Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır. (Report)
11:05 22.09.2026
Oxunuş sayı: 43