Coratda avtomat silah tapılıb
Sumqayıt şəhərinin Corat qəsəbəsində çimərlik ərazisində avtomat silah aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, ərazidə aparılan tədbirlər zamanı istifadəyə yararlı 7,62 çaplı "Kalaşnikov" avtomatı tapılıb.
Aşkar edilən silah aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.
10:44 22.09.2026
Oxunuş sayı: 38