Belqorod vilayətində dron hücumlarında 6 nəfər yaralanıb
Belqorod vilayətində Ukrayna pilotsuz uçuş aparatlarının hücumları nəticəsində 6 mülki şəxsin yaralandığı bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin operativ qərargahı məlumat yayıb.
Bildirilir ki, Rjevka və Vengerovka kəndlərində avtomobillərə hücum nəticəsində iki kişi, Otradovski qəsəbəsində müəssisə ərazisinə zərbə nəticəsində bir qadın yaralanıb. Proletarski qəsəbəsində dronun partlaması nəticəsində daha bir qadın, Krasnaya Yaruqa qəsəbəsində isə iki kişi xəsarət alıb.
Hücumlar nəticəsində yaşayış evlərinə, qarajlara və avtomobillərə də ziyan dəydiyi qeyd olunub.
23:24 16.09.2026
Oxunuş sayı: 41