Britaniya müdafiə bankına qoşulmağı nəzərdən keçirir
Böyük Britaniya hökuməti müdafiə xərclərinin artırılması üçün yaradılması planlaşdırılan qlobal investisiya bankına qoşulmaq imkanını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, maliyyə naziri Con Hili Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) üzvlük məsələsini nəzərdən keçirir.
Bankın tərəfdarları onun hökumətlərə müdafiə layihələri üçün daha aşağı xərclərlə borclanmaq imkanı verəcəyini bildirirlər.
Xəzinədarlıq rəsmiləri hələlik yekun qərarın qəbul edilmədiyini vurğulayıb. Hökumət isə müdafiə sənayesinin imkanlarının genişləndirilməsi üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığa sadiq olduğunu bildirib.
22:25 16.09.2026
Oxunuş sayı: 50