Bir hadisə hər şeyi dəyişə bilər — müharibə ilə bağlı yeni iddia
Ukrayna Silahlı Qüvvələrinin zabiti və biznesmen Andrey Onistrat bildirib ki, Ukraynada müharibənin yaxın bir il ərzində başa çatacağına az inanır.
Crossmedia.az xəbər verir ki, Onistrat “Naspravdi MAX” podkastında Anna Maksimçukun aparıcılığı ilə çıxışı zamanı qeyd edib ki, hazırda müharibənin bitməsi üçün bir il əvvəlkindən daha çox şərt formalaşıb.
Lakin onun fikrincə, döyüşlərin yaxın zamanda sona çatması ehtimalı azdır.
O bildirib ki, vəziyyəti kəskin şəkildə dəyişə biləcək gözlənilməz hadisənin baş vermə ehtimalı artıb. Onistrat belə bir qara qu quşu hadisəsinin Rusiyanın daxilində, məsələn, Federal Təhlükəsizlik Xidmətində (FTX) çevriliş və ya digər daxili sarsıntı formasında baş verə biləcəyini istisna etməyib.
Onistrat nümunə kimi Vaqner qrupunun rəhbəri Yevgeni Priqojinin qiyamını xatırladıb və həmin hadisədən əvvəl də gözlənilməz dəyişiklik ehtimalından danışdığını qeyd edib.
Bununla yanaşı, o, eyni ssenarinin təkrarlanacağını düşünmədiyini bildirib, çünki qara qu quşu anlayışının mahiyyəti məhz belə hadisələrin əvvəlcədən proqnozlaşdırılmamasıdır.
22:01 15.08.2026
Oxunuş sayı: 55