Ukraynada səfərbərlik qaydaları çərçivəsində yeni nəzarət dalğası başlayır
Ukraynada İT şirkətlərinin əməkdaşları üçün hərbi xidmətdən möhlət (bronlaşdırma) prosesinə nəzarətin sərtləşdiriləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Finance.ua”nın məlumatına görə, hökumət İT sektorunda çalışan şəxslərin bronlaşdırılması ilə bağlı yoxlamaları artırmağı planlaşdırır.
Məlumata əsasən, məqsəd bronlaşdırma sistemindən sui-istifadə hallarının qarşısını almaq və yalnız müəyyən edilmiş tələblərə cavab verən əməkdaşların bu hüquqdan yararlanmasını təmin etməkdir.
Qeyd olunur ki, məsələ Ukraynada səfərbərlik prosesi çərçivəsində hərbi xidmətdən möhlət mexanizminə nəzarətin gücləndirilməsi ilə bağlıdır.
20:13 15.08.2026
Oxunuş sayı: 47