Ukraynada casus şəbəkəsi ifşa edildi
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) F-16 və “Mirage 2000” qırıcılarının yerləşdiyi hərbi aerodromlar barədə məlumat toplayan 14 nəfərlik agent şəbəkəsini ifşa etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SBU bu barədə məlumat yayıb.
Bildirilib ki, Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU/GRU) ilə əlaqəli olduğu iddia edilən şəbəkə hərbi təyyarələrin, şəxsi heyətin və aerodromların fotoşəkillərini çəkib, həmçinin qırıcıların uçuş və eniş vaxtlarını izləyib. Toplanan məlumatların Rusiya kəşfiyyatına ötürüldüyü iddia olunur. SBU bir neçə şübhəlinin, o cümlədən Ukrayna hərbçisinin saxlanıldığını bildirib.
17:14 15.08.2026
Oxunuş sayı: 41