İspaniyada 5,3 bal gücündə zəlzələ baş verib
İspaniyanın cənubundakı Qranada əyalətində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zəlzələ şənbə günü səhər saatlarında, təxminən 10 kilometr dərinlikdə baş verib.
Təbii hadisə nəticəsində bəzi ərazilərdə dağıntı parçaları uçub, avtomobillərə ziyan dəyib. Hadisə ilə bağlı xəsarət alanlar barədə məlumat verilməyib.
Mütəxəssislər zəlzələnin nəticələrini qiymətləndirir, bölgədə mümkün afterşoklar izlənilir.
12:28 15.08.2026
Oxunuş sayı: 42