Flamingo raketləri Rusiyanın iki mühüm obyektini vurub
Ukrayna iddia edir ki, Rusiyanın Samara şəhərinə zərbə “Flamingo” raketləri ilə endirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücumun hədəfləri arasında Progress raket-kosmik mərkəzi və Aviakor aviasiya zavodu olub.
Hadisə ilə bağlı rəsmi təsdiqlənmiş məlumat verilməyib. Zərbənin nəticələri və mümkün itkilər barədə əlavə məlumat açıqlanmayıb.
11:37 15.08.2026
Oxunuş sayı: 29