Rusiya: Odessa limanında Ukrayna patrul kateri vurulub
Rusiya Silahlı Qüvvələri Odessa limanında hərbi təyinatlı yüklər daşıyan gəmilərin müşayiətində istifadə olunan Ukrayna patrul kateri vurub.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, kater Ukrayna limanlarına silah və hərbi texnika daşıyan quru yük gəmilərinin müşayiətində cəlb olunub.
09:39 15.08.2026
Oxunuş sayı: 47