Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 285 nəfərə çatıb
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 285 nəfərə yüksəlib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar qurumu məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 3 975 nəfər yaralanıb, 379 nəfər itkin düşmüş hesab olunur, 354 nəfər isə xilas edilib.
Rəsmi məlumatlara görə, zəlzələ 12 828 evin tamamilə dağılmasına, 73 455 binanın isə müxtəlif dərəcədə zərər görməsinə səbəb olub.
Maqnitudası 7,4 olan zəlzələ avqustun 10-da Kolumbiyanın qərbində, Çoko departamentində yerləşən San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib. Hadisə ölkənin bir sıra bölgələrində ciddi dağıntılara səbəb olub.
Xilasetmə və bərpa işləri davam etdirilir.
21:53 14.08.2026
Oxunuş sayı: 43