Mərkəzi Asiyada böyük elektrik böhranı: kəsintinin səbəbi açıqlanıb
Mərkəzi Asiyanın bir sıra ölkələrində baş verən genişmiqyaslı elektrik kəsintisinin səbəbi açıqlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Qırğızıstandakı Toktoqul Su Elektrik Stansiyasında ümumi gücü 600 meqavat olan iki hidroaqreqatın fəaliyyətinin dayanması enerji sistemində həddindən artıq yüklənməyə səbəb olub.
Nəticədə Qazaxıstanın bir sıra vilayətlərində və Mərkəzi Asiyanın qonşu ölkələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.
20:10 14.08.2026
Oxunuş sayı: 30