İsrail ordusu Qəzzada HƏMAS snayperini vurduğunu açıqlayıb
İsrail hərbçiləri Qəzza sektorunda HƏMAS-ın silahlı qanadının tərkibində fəaliyyət göstərdiyi bildirilən snayperi aşkarlayıb və ona atəş açıb.
Crossmedia.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti bu barədə məlumat yayıb.
Ordunun məlumatına görə, hadisə anklav daxilində “sarı xətt” adlandırılan ərazidə baş verib. Atəşkəs razılaşmasına əsasən, İsrail hərbi bölmələri həmin xətt boyunca yerləşdirilib.
Hərbçilər snayperi onlar üçün “birbaşa təhlükə” hesab etdikləri üçün ona atəş açıblar. Ordunun açıqlamasında atəş nəticəsində hədəfə dəqiq zərbə endirildiyi bildirilib.
Lakin İsrail ordusu snayperin zərbə nəticəsində öldürülüb-öldürülmədiyini dəqiqləşdirməyib.
Ordunun Cənub Komandanlığının tabeliyində olan bölmələrin atəşkəs razılaşmasına uyğun olaraq həmin ərazidə qalacağı və hər hansı birbaşa təhlükənin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcəyi bildirilib.
00:00 12.08.2026
Oxunuş sayı: 44