İran ABŞ-yə çata bilən raket hazırlayır
İran ballistik raketlərinin uçuş məsafəsini 15 min kilometrə qədər artırmağa hazırlaşır ki, bu da ABŞ ərazisindəki hədəflərə çatmağa imkan verə bilər.
Crossmedia.az xəbər verir ki, “Mash” bu barədə məlumat yayıb.
Mütəxəssislər belə bir raketin hazırlanmasını İran üçün ciddi texnoloji sıçrayış hesab edirlər.
Məlumata görə, Şimali Koreyanın artıq oxşar uçuş məsafəsinə malik raketləri var. Bu səbəbdən Tehranın Şimali Koreyanın raket texnologiyalarından istifadə edə biləcəyi ehtimal edilir.
Mənbə İranın belə bir raket hazırlamaq planının texniki imkanlar baxımından ciddi dəyişiklik yaradacağını qeyd edir.
Xəbərdə həmçinin İranın bu sahədə Şimali Koreya ilə mümkün əməkdaşlığına dair istehza xarakterli ifadələr yer alıb.
23:43 11.08.2026
Oxunuş sayı: 44