Claude-da böyük dəyişiklik: Sİ-nin yazdığı mətnlər artıq gizli qalmayacaq
Claude süni intellekt (Sİ) modelləri tərəfindən yaradılan mətn və faylların su nişanı ilə işarələnməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Anthropic ˝şirkətinin saytında yayılan bəyanatda bildirilib.
Qərarın şirkətin Avropa İttifaqının süni intellektin tənzimlənməsi ilə bağlı qanunvericiliyinə uyğunlaşmasından sonra qəbul edildiyi qeyd olunub.
Bildirilib ki, ilkin mərhələdə yalnız 2 avqust 2026-cı ildən sonra istifadəyə verilən süni intellekt modelləri tərəfindən yaradılan mətnlər işarələnəcək.
Daha əvvəl istifadəyə verilmiş modellərə isə keçid dövrü başa çatdıqdan sonra mətnlərin və faylların işarələnməsi funksiyasının əlavə ediləcəyi açıqlanıb.
00:31 12.08.2026
Oxunuş sayı: 44