Rusiya və Ukrayna üçün toxunulmaz zona? - Türkiyənin yeni planı üzə çıxdı
Türkiyə Qara dənizdə Rusiya və Ukraynaya istiqamətlənən gəmilər üçün iki təhlükəsizlik dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış edə bilər.
Crossmedia.az bu barədə “Yeni Şafak” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, dəhlizlərin yaradılması halında Rusiya və Ukrayna tərəfləri həmin marşrutlara zərbə endirməmək öhdəliyi götürə bilər.
Ankara isə hələlik nəşrin bu məlumatını şərh etməyib.
23:27 11.08.2026
Oxunuş sayı: 44