Kobaxidze Rusiyayla diplomatik münasibətlərin bərpasını istisna etdi
Gürcüstan Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı müddətdə Moskva ilə tam diplomatik münasibətləri bərpa etməyəcək.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin açıqlamasına istinadən məlumat yayıb.
Kobaxidze bildirib ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqda davam etdiyi müddətdə Gürcüstanla tam diplomatik münasibətlərin bərpası mümkün deyil.
Baş nazirin sözlərinə görə, bu məsələ Rusiyanın sözügedən ərazilərlə bağlı mövqeyindən birbaşa asılıdır.
Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci ildə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra kəsilib.
23:25 11.08.2026
Oxunuş sayı: 45