Tatarıstandakı hücum Özbəkistanı hərəkətə gətirdi: Xüsusi heyət bölgəyə yollanıb
Özbəkistan Tatarıstanda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 8 vətəndaşının həlak olması ilə əlaqədar bölgəyə xüsusi işçi qrupu göndərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, işçi qrupun tərkibinə fövqəladə hallar, xarici işlər və səhiyyə nazirliklərinin, eləcə də Miqrasiya Agentliyinin və digər dövlət qurumlarının nümayəndələri daxil edilib.
Qrupun əsas vəzifəsi hücum nəticəsində zərərçəkənlərə və həlak olanların ailələrinə yardım göstərməkdir.
23:21 11.08.2026
Oxunuş sayı: 43