Nüvə böhranında yeni mərhələ: Rusiya və İranın görüşündən mühüm mesaj
Rusiya və İran arasında silahlara nəzarət, tərksilah və nüvə silahlarının yayılmamasına dair məsləhətləşmələr aparılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşlərdə İranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi perspektivləri və ABŞ-İsrailin İrana qarşı təcavüzü nəticəsində yaranan böhranın aradan qaldırılması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin beynəlxalq təhlükəsizlik və silahlara nəzarət sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.
18:41 11.08.2026
Oxunuş sayı: 42