İraqda silah böhranı: İranlı general liderlərlə görüşüb
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı bölməsinin komandanı Esmail Qaani Bağdada səfər edib.
Crossmedia.az “Al-Arabiya”-ya istinadən xəbər verir.
Məlumata görə, Qaani İraqda İran yönümlü silahlı qrupların tərksilah prosesinin başladığı bir vaxtda Bağdada gəlib. O, artıq Xalq Səfərbərlik Qüvvələrinin silahlı qrupların liderləri və İraq Koordinasiya Qərargahının nümayəndələri ilə görüşlər keçirib.
Danışıqların əsas mövzusunun silahlara nəzarət məsələsi olduğu bildirilir.
Səfər İraqdakı bəzi silahlı qrupların silahlarını dövlətə təhvil verməyə başladığı dövrə təsadüf edir. İraqın Baş naziri Əli əl-Zeydi bu prosesin başa çatdırılması üçün son tarixi sentyabrın 30-u müəyyən edib.
İraq hakimiyyəti bildirib ki, dövlət strukturlarından kənarda həyata keçirilən istənilən silahlı fəaliyyət terrorizmlə mübarizə qanunvericiliyinə uyğun olaraq qarşısının alınacaq.
18:37 11.08.2026
Oxunuş sayı: 45