Rusiya MN: 931 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi son sutkada Ukraynaya məxsus 931 pilotsuz uçuş aparatının (PUA) və 12 aviasiya bombasının məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə keçirdiyi brifinqdə məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukraynaya məxsus patrul katerini də məhv edib.
Bildirilib ki, zərbələr nəticəsində Ukrayna tərəfinin logistika mərkəzləri, sursat anbarları və PUA saxlama məntəqələri vurulub.
Rusiya Müdafiə Nazirliyi həmçinin son sutkada Ukrayna Silahlı Qüvvələrinin itkilərinin təxminən 1 320 hərbçi olduğunu iddia edib.
Qeyd olunan məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.
13:56 11.08.2026
Oxunuş sayı: 38