Trampdan miqrantlara sərt zərbə: ABŞ 175 mindən çox vizanı ləğv etdi
ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə ölkənin Dövlət Departamenti xarici vətəndaşlara verilmiş 175 mindən çox vizanı ləğv edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, vizaların ləğvi üçün əsas səbəblər arasında ABŞ vətəndaşlarına qarşı zorakılığa çağırış, immiqrasiya sistemindən sui-istifadə, milli təhlükəsizliyə təhdid və digər hallar göstərilib.
Məlumata görə, Dövlət Departamentinin qərarları xarici vətəndaşların ABŞ-yə giriş və ölkədə qalmaq imkanlarına təsir edib.
22:35 10.08.2026
Oxunuş sayı: 39