Son 50 ilin inkişafını əhəmiyyətsiz edəcək – Sirli silah texnologiyası gündəmdə
Hərbi-texniki şirkət Anduril-in təsisçisi Palmer Lukey müasir silah texnologiyalarının inkişafı ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, hazırda şirkət hətta 50-100 il əvvəl mövcud olan elmi nailiyyətlər əsasında hazırlana biləcək texnologiyalar üzərində işləyir.
“Bu gün mən 100 il əvvəl yarada biləcəyimiz şeylər yaradıram və bu, hər şeyi dəyişərdi”, – deyə Lukey bildirib.
Onun sözlərinə görə, Anduril son 50 ildə odlu silahların inkişafını tamamilə əhəmiyyətsiz edəcək texnologiyalar hazırlayır.
Lukey söhbətin hansı texnologiyalardan getdiyini açıqlamayıb: Bunun nə olduğunu sizə dəqiq deyə bilmərəm.
22:25 10.08.2026
Oxunuş sayı: 47