Rusiya XİN-dən sərt ittiham: Kiyev dost ölkələrin vətəndaşlarını hədəfə alıb
Nijnekamsk şəhərinə endirilən zərbə nəticəsində 8 Özbəkistan və 1 Tacikistan vətəndaşı həlak olub, 20 xarici vətəndaş yaralanıb.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Kiyev Rusiya ilə dost münasibətlərdə olan ölkələrin vətəndaşlarının yaşadığı və işlədiyi yerləri məqsədli şəkildə hədəfə alıb. Zaxarova bildirib ki, məqsəd bu ölkələr arasında dostluq münasibətlərinə xələl gətirməkdir.
Rusiya XİN rəsmisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və beynəlxalq ictimaiyyəti Kiyevin barbar cinayətlərini pisləməyə çağırıb.
21:52 10.08.2026
Oxunuş sayı: 37