Makeyevkada PUA hücumu: Böyük tikinti mağazası külə döndü
Donetsk Xalq Respublikasının Makeyevka şəhərində Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində tikinti mağazalarından biri demək olar ki, tamamilə yanıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində mağazada güclü yanğın baş verib və obyektin böyük hissəsi yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.
21:14 10.08.2026
Oxunuş sayı: 40