Zelenski Məhəmməd bin Salmanla Məkkə sazişini müzakirə edib
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə sazişindən və bununla bağlı perspektivlərdən danışıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər həmçinin Drone Deal proqramı çərçivəsində pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı atılacaq yaxın addımları müzakirə ediblər.
Telefon danışığı zamanı digər regional və ikitərəfli məsələlərin də müzakirə edildiyi bildirilib.
19:55 10.08.2026
Oxunuş sayı: 37