PUA hücumunun acı nəticəsi: İki ölkənin vətəndaşlarının öldüyü açıqlanıb
Tatarıstan rəhbəri Rüstəm Minnixanov Nijnekamsk şəhərinə PUA hücumu nəticəsində ölən Tacikistan və Özbəkistan vətəndaşlarının ölümü ilə bağlı bu ölkələrin prezidentlərinə başsağlığı verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Minnixanov Tacikistan lideri Emoməli Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.
O, hadisə nəticəsində insanların həyatını itirməsindən təəssüfünü bildirib və ölənlərin yaxınlarına səbir diləyib.
19:46 10.08.2026
Oxunuş sayı: 40